SON XƏBƏRLƏR
25 Iyun 2018
24 Iyun 2018
23 Iyun 2018
22 Iyun 2018
“Azərişıq” gücləndirilmiş iş rejimində işləyəcək
CƏMİYYƏT 14:01 / 13.06.2018

"Azərişıq” ASC Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görüləcək.

ASC-dənverilən məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib, sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik şəbəkələrinin mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində "Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq.


97 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.