SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Maşın oğrusunun daha bir cinayəti üzə çıxdı
HADİSƏ 14:46 / 13.06.2018
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN XəzərXəbər-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qeyd edilən avtomobilin Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib və görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.

​29-cu Polis Şöbəsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın evindən 1500 manat pul oğurladığı da müəyyən edilib. ​Hər iki faktla bağlı cinayət işi başlanılıb
175 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.