SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
İmişlidə baş vermiş kütləvi zəhərlənmənin səbəbi nə olub? - VİDEO
CƏMİYYƏT 10:33 / 20.06.2018

İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Zəhərlənənlər "MKT" şirkətinə məxsus pambıq sahəsində işləyən fəhlələr olub. Zəhərlənmənin zərərvericilərə qarşı istifadə olunan kimyəvi preparatdan baş verdiyi bildirilir. Sahədə işləyənlər bildirirlər ki, hər şey qəfildən baş verib.

Fəhlələrin dediyinə görə, sahədə alaq otlarına qarşı dərman vurulması barədə onlara məlumat verilib. Bir çoxları isə zəhərlənmənin hava ilə keçməsini iddia edir.

Zəhərlənən fəhlələr İmişli rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanaın baş həkimi Cəsur Paşayev bildirib ki, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: "Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə zəhərlənə biləcəklərindən qorxublar".

Bununla bağlı Bakıdan da həkimlər ezam olunub. Həkimlər müraciət edənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluğun rəhbərliyi və digər aidiyyati qurumların nümayəndələri İmişlidə olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu məsələ cənab prezidentin birbaşa nəzarətindədir.

Səhiyyə Nazirliyinin məlumatına görə, müraciət edənlərin əksəriyyəti müayinə olunduqdan sonra evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur. Götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analizin nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı tam dəqiqləşdiriləcək.





57 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.