SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
Lerikdə 13 yaşlı məktəblini dəfələrlə zorlayan məmur qohumunun evi MÜHASİRƏYƏ ALINDI və...
CƏMİYYƏT 10:47 / 20.06.2018

Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

Xəbər verilir ki, sosial şəbəkədə paylaşılan məlumatda bildirilir ki, Lerik rayonunda 7-ci sinif şagirdi zorlanaraq şantaj edilib. Onun 4 aylıq hamilə olduğu deyilir.

Qızın 4 ay müddətində videogörüntüləri ilə şantaj edildiyi bildirlir. Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Utandığından ailə Lerikdən gedib.

Deyilənə görə, azyaşlını zorlayan şəxs "Azərişıq” ASC ninin regional idarə rəisinin müavini Aydın Məmmədovun sürücüsü və qardaşı oğludur. Rəis müavini vəzifəsindən sui-istifadə edərək baş verən hadisəni gizlətmək üçün rayon prokurorluğuna rüşvət təklif edib.

Sosial media istifadəçiləri yayılan görüntülərə kəskin münasibət göstərərək daxili işlər naziri Ramil Usubovadan hadisənin təcili araşdırılmasını və məsuliyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.


76 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.