SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
Məmmədyarovla Mnasakanyanın FOYE GÖRÜŞÜ – Ayaqüstü SÖHBƏT
SİYASƏT 15:32 / 22.06.2018
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnasakanyan Avropa İttifaqının Şərq Əməkdaşlığı ölkələrinin XİN rəhbərlərinin Minskdə keçirilən qeyri-formal görüşündə bir araya gəlib.

Xəbər verilir ki, Ermənistan XİN-nin sözçüsü Tiqran Balayan Məmmədyarovla Mnasakanyanın ayaqüstü söhbətini əks etdirən fotonu Tvitter səhifəsində paylaşıb.

Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni XİN rəhbəri Mnasakanyanla Məmmədyarovun Qarabağ münaqişəsinin nizama salınmasına dair birbaşa görüşü hələki olmayıb. Minskdəki görüş isə daha çox foyedə hər iki nazirin üçüncü şəxslə söhbətinə bənzəyir və güman ki, bu, ayaqüstü tanışlıqdır.
206 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.