SON XƏBƏRLƏR
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Nazir kombayn çatışmazlığının səbəbini açıqladı
SİYASƏT 16:05 / 22.06.2018

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.

APA-nın məlumatına görə, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların sayının artırılmasına ehtiyac var".

Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.

"Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".


62 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.