SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
İran ABŞ-ı beynəlxalq məhkəməyə verib
DÜNYA 13:34 / 23.06.2018
İran ABŞ banklarında dondurulan 2 milyard dollarını geri almaq məqsədilə beynəlxalq məhkəməyə müraciət edib.

 AZƏRTAC-a istinadən xəbər verilir ki, Beynəlxalq Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib və cari ilin oktyabr ayında araşdırma başlayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında "İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında imzalanan razılaşmadan sonra bir sıra ölkələrin banklarında İrana məxsus dondurulmuş hesablar açılıb. ABŞ öz banklarındakı vəsaitin bir hissəsini qaytarsa da, 2 milyard dolları qaytarmaqdan imtina edib. Rəsmi Vaşinqton bu vəsaiti müsadirə edərək dünyanın müxtəlif yerlərində törədilən terror aktlarında zərər çəkən ailələrə kompensasiya vermək istəyində olduğunu bildirib. Lakin İran bu vəsaiti məhkəmə yolu ilə almaq qərarına gəlib.

72 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.