SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Masallıda bələdiyyə sədri ilə sakinlər arasında münaqişə - Stadion satılıb? - VİDEO
CƏMİYYƏT 18:59 / 23.06.2018

MasallınıQəriblər kəndində bələdiyyə sədri ilə sakinlər arasında narazılıq yaranıb. Sakinlər deyirlər ki, bələdiyyə sədri stadion üçün ayrılan ərazini satıb. Qarşı tərəf isə iddianın əsassız olduğunu deyir.

Məlumata görə, sakinlər iddia edirlər ki, kəndin bələdiyyə sədri ümumi istifadədə olan futbol meydançasını ayrı-ayrı fiziki şəxslərə satıb.

Masallının Qəriblər kəndində gənclər uzun müddət bu ərazidə futbol oynayıblar. Hətta ərazidə özləri üçün müxtəlif idman qurğuları da quraşdırıblar. Lakin bir müddət sonra ərazi bolünərək müxtəlif insanlara satılıb. Halbuki, sənədlərə əsasən, həmin stadionda bir neçə inzibati bina da tikilməli imiş.

Artıq ərazidə tikinti işlərinə başlanılıb.

Qəriblər kənd bələdiyyəsinin sədri Müşviq Ağayev məsələ ilə bağlı deyir ki, sözügedən torpaq sahəsi təmsil etdiyi quruma məxsus olub və bunu sübut edən çıxarış da var.

Onun sözlərinə görə, həmin torpaq sahəsinin bir hissəsi sakinlərə satılıb, bir qismi isə kənd bələdiyyəsinin, icra nümayəndəliyinin və ərazi polis müvəkkilinin inzibati binasının tikintisi üçün ayrılıb.

Bələdiyyə sədri onu da bildirir ki, kəndin cənub hissəsində sakinlər üçün futbol meydançası tikilib. Ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılır. Ancaq kənd sakinləri meydançanın uzaq olduğunu əsas gətirərək oranı bəyənmirlər. Sakinlər stadionun onlara qaytarılması üçün müxtəlif dövlət qurumlarına müraciət ediblər.





45 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.