SON XƏBƏRLƏR
20 Iyul 2018
19 Iyul 2018
18 Iyul 2018
Ordumuz parada hazırlaşır: Zirehli texnika Bakı küçələrində
HADİSƏ 17:23 / 24.06.2018
Paytaxtın Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı iyunun 26-da təşkil olunacaq hərbi parada son hazırlıq işləri görülür.

Lent.az-a istinadən xəbər verilir ki, hazırda Azadlıq meydanında ümumqoşun hissələrinin zirehli, özüyeriyən tırtıllı texnikaları cəmləşib. Haron, dron və bir sıra pilotsuz uçuş aparatları sıra ilə Azadlıq meydanında cəmləşib. Texnikaların parada qədər son texniki baxışı həyata keçirilir.

Hərbçilər, qoşun növlərinin şəxsi heyəti sıra keçidi ilə bağlı son məşqlərini edirlər.

Tankların və zirehli transportyorların düzülüşü sadə vətəndaşların da diqqətinə səbəb olub.

Azadlıq meydanı yol boyu 100 illiyin posterləri ilə bəzədilib. Ali baş komandanın paradı izləyəcəyi ali kürsü də Dövlət bayraqları və silahlı qüvvələrinin atributları ilə bəzədilib.

41 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.