SON XƏBƏRLƏR
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Türkiyədə prezident seçkilərindən sonra ilk İSTEFA tələbi gəldi
DÜNYA 10:11 / 25.06.2018

Türkiyədə baş tutan prezident seçkilərinin nəticələri bəlli olmağa başladıqdan sonra ilk istefa tələbləri gəlib.

Xəbər verilir ki, Cümhuriyyət Xalq Partiyasının üzvləri onlara lazımi açıqlamaları vermədiyi üçün partiyanın idarəçilərini istefaya səsləyib.

Bir müddət partiyanın mərkəzi binasında dinc aksiya keçirən cümhuriyyətçilər idarəçilərin əleyhinə şüarlar səsləndirib və daha sonra Kamal Kılıçdaroğlunun yanlarına gəlməsini istəyiblər. Onlar seçkilərin nəticələrindən razı qalmadıqlarını və buna görə partiyanın başçılarının istefa verməli olduğunu dilə gətiriblər.

Qeyd edək ki, etiraz aksiyaları davam edir.


65 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.