SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Afaq Aslan əndamı ilə KİŞİLƏRİ BİHUŞ ETDİ: hər kəs bundan danışacaq - FOTO
MƏDƏNİYYƏT-ŞOU 13:21 / 06.07.2018

Müğənni Afaq Aslan modelliklə bağlı daha böyük layihələr həyata keçirmək niyyətindədir.

"Bu günə qədər model kimi bir çox işlər görmüşəm. Hətta 23 ölkənin qatıldığı "Miss vselennaya 2017” (Kainat gözəli - 2017) müsabiqəsində 1-ci olmuşam. Bu sadəcə işlərin başlanğıcıdır. Türkiyədə modelliklə bağlı elə bir layihə həyata keçirəcəyəm ki, hər kəs bu işdən danışacaq. Həm müğənni, həm də modeləm. Bu, bir çoxlarını narahat edir. Müğənnilik, modellik mənim hobbimdir. Modelliklə bağlı edəcəyim yeni layihə hər kəsi şoka salacaq. Onu da deyim ki, tanınmış firmanın əsas siması seçilmişəm. Bütün bunlar barədə yaxın zamanlarda xəbərdar olacaqsınız”.

A.Aslan bildirib ki, yay fotosessiyası da etdirib: "Bir çoxları deyəcək ki, Afaq yenə açıq-saçıq şəkillər çəkdirdi. Barəmdə tənqidi şərhlər yazanlar elə bilirlər ki, onların fikri mənim vecimədir? Özünüzü yormayın. Sizin fikriniz mənə önəmsizdir. Gözəl bədən quruluşum var, ona görə də çoxu mənə paxıllıq edir”.


115 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.