SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Avropa QARIŞDI: Putinə görə sərhədi bağladılar, Trampa görə...
SİYASƏT 12:07 / 10.07.2018

Finlandiya paytaxt Helsinkidə təşkil ediləcək və ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin qatılacağı liderlər zirvəsi üçün Şengen üzvləri olan ölkələrdən gələnlər üçün 4 gün müddətində sərhəd nəzarətini gücləndirməyi qərara alıb.

Bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Kimmo Eloma bildirib.

O, sərhəd keçid məntəqələrində nəzarətin gücləndirilməsinin zirvədə asayişi poza biləcək şəxslərin qarşısının alınması üçün olduğunu deyib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin iyulun 16-da Helsinkidə görüşəcək. Trampın Finlandiyaya səfəri zamanı ətraf mühit, sülh, insan haqları və demokratiya tərəfdarlarının etiraz aksiyaları keçirməsi gözlənilir.

Xatırladaq ki, Şengen razılaşması 26 Avropa ölkəsi arasında şəxsiyyəti yoxlamadan sərbəst şəkildə gəzmək icazəsini ehtiva edir. Ölkələr lazım olan durumlarda müvəqqəti olaraq sərhəd nəzarətini yenidən başlada bilir./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.