SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
13 Avqust 2018
Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb - FOTO
ARAŞDIRMA 11:13 / 18.07.2018
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, hər iki fakt idarənin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.
Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17.600 ədəd "Marlboro Silver Pack 72S" markalı siqaret aşkar olunub.
Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında və ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə, kabinədə soyuducunun sağ tərəfində olan örtüyün arxasındakı boşluqda, səsgücləndiricinin arxasında olan boşluqda və kabinədəki digər boşluqlarda 5200 ədəd "Marlboro Silver Pack" və 11.800 ədəd "Marlboro Silver Pack 72s" markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

78 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.