SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
15 yaşlı uşaqdan Adnan Oktarın təşkilatı ilə bağlı dəhşətli etiraflar!
DÜNYA 13:20 / 18.07.2018

Türkiyədə Adnan Oktarın təşkilatına qarşı əməliyyat çərçivəsində zərər çəkən şəxslər prokurorluğa, polisə müraciət edərək başlarına gələnləri danışırlar. 

FaktXəbər-in "Sabah" qəzetinə istinadən məlumatına görə, zərərçəkənlərdən biri də 15 yaşlı Serra M. adlı İsveçrə vətəndaşıdır. Serra M. Adnan Oktarın həbs edildiyini eşidikdən sonra İstanbula gələrək ifadə verib.


ADNAN OKTAR NƏ İSTƏSƏ ONU EDƏCƏKSƏN

9 yaşında Oktara təqdim edilən Serra M.-in danıpşdıqlarından polislər dəhşətə gəliblər: "9-10 yaşımda anam Adnan Oktarla əlaqə qurdu. Gecə saat 3-də anama zəng vururdular. Anam məni qaldıraraq makiyaj edir, paltar geyindirir onların studiyasının olduğu yerə aparırdı. Anam mənə, "az danışacaqsan", - deyə xəbərdarlıq edirdi. Adnan Oktar nə istəsə onu etməyimi, kişi tanışımın olmadığını, atamla görüşmədiyimi söyləməmi tapşırırdı. Bildirirdi ki, oturanda ayağımı ayağımın üstünə aşırın, dik oturum, danışanda dodaqlarımı uzadaraq danışım".

1999-cu ildə Adnan Oktara ilk

əməliyyat keçirən nazir danışdı 

"DİGƏR KİŞİLƏRİN MƏNƏ TOXUNMASI QADAĞAN İDİ"

"Çengelköydəki hovuzlu evdə mənə hədiyyə aldığı dovşan, ceyran, quş kimi heyvanlar var idi. Bu evdə Coşqun Pamir, Damcı Pamir, Bülənd Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Qartal Göktan, Levent Denizcioğlu və başqa insanlar yaşayırdı. Ən kiçik mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. Səmimiyyət yaratmağa çalışırdı. "Qulağıma nə istəyirsənsə söylə, pıçılda, səni istəyirəm" kimi sözlər söləməyimi istəyirdi. Onu istəyib istəmədiyimi də soruşurdu".

"DEKOLTE GEYİNMƏYİMİ İSTƏDİ"

"Küçük olduğum üçün sinəm yox idi. Oktar onun yanında dekolteli paltarlar geyinməyimi istədi. Anamdan, "artıq Serranı mənə verdinmi", - deyə soruşdu. Anam da verdiyini söylədi. Anam İsveçrəyə qayıdanda, "qızım Adnan Oktarla evlənəcək", - deyirdi. Kanala mənim şəkillərimi qoyaraq, "Serra 6 dil bilir", "Adnan Oktarın heyranıdır" şəklində reklam verilirdi".

Adnan Oktar tutulmasaydı Azərbaycanda

nələr baş verə bilərdi?! - VİDEO-FOTO 

ƏLƏ KEÇİRMƏK İSTƏDİKLƏRİ İNSANLARI TƏTİTLDƏ DƏ İZLƏYİRLƏRMİŞ

Xatırladaq ki, İstanbul Polisi tərəfindən ötən həftə çökdürülən Adnan Oktarın cinayət təşkilatına qarşı istintaq çərçivəsində araşdırmalar davam edir. Saxlanılan 108-i qadın olmaqla 193 şübhəlinin ifadələri alınıb və etiraf etmiş şəxslər təşkilatın strategiyalarından danışıb. Bidirilir ki, Oktarın dəstəsinin üzvləri hədəfə aldıqları adamları yaxından təqib edib və o adamlar yayda tətilə getdikdə həmin bölgəyə səfər edirlərmiş. Orada həmin şəxslərlə tanış olur və əldə etdikləri məlumatlarla şantaj materialları hazırlayırlarmış.

100 MİN ÜZVÜ VAR

Adnan Oktarın qrupu haqqında aparılan istintaqa qrupun Türkiyə miqyasında 100 min üzvünün olduğu məlumatı ortaya çıxıb.


285 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.