SON XƏBƏRLƏR
12 Dekabr 2018
11 Dekabr 2018
10 Dekabr 2018
Nazirliyin iki idarə rəisi işdən çıxarıldı - YENİ TƏYİNATLAR
CƏMİYYƏT 15:05 / 18.07.2018

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.

Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb. (apa)


76 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.