SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
08 Dekabr 2018
ABŞ təxribatçılarla İraqda xaos yaratmaq istəyir
CƏMİYYƏT 17:20 / 18.07.2018

Br neçə gündür İraqın müxtəlif şəhərlərində hökumətə qarşı aksiyalar keçirilməkdədir. 

Aksiyalar əsasən sosial yönümlü və korrupsiyaya qarşı olsa da, getdikcə təxribatçı qüvvələr meydana çıxaraq aksiyaları qarşıdurmalara sürükləməyə başlayıblar. 

Verdiyimiz məlumata görə, bununla bağlı İraq könüllü qvardiyalarından olan İraq "Hizbullah"ının sözçüsü Seyid Cəfər Huseyni açıqlama verib. 

Son olaylarla bağlı könüllü qüvvələrin baş nazir Heydər İbadi ilə görüşdüyünü vurğulayan Hüseyni qeyd edib ki, biz insanların haqlı tələblərini dərk edir və onların İraq hökumətindən istəklərini dəstəkləyirik: "Amma əldə olunan məlumatlara əsasən, Səudiyyə Ərəbistanı və ABŞ aksiyaçıların arasına təxribatçı qüvvələr göndərərək ölkədə xaos yaratmaq, könüllü qüvvələrə təzyiq göstərmək fikrindədirlər. Səbəb isə odur ki, rəsmi Vaşınqton İraqdakı planlarını alt-üst edən güclü xalq müqavimət cəbhəsinin yaranmasını gözləmirdi. Bu gün İraqda ABŞ qüvvələrinə ehtiyac varmı? Təbii ki, bu sualın cavabı mənfidir."

"ABŞ İŞİD-ə dəstək məqsədilə Suriya ilə sərhədimizdə bir neçə baza yaratmaq niyyətindədir. Biz də çalışdıq ki, ABŞ-ın ələ keçirdiyi Əl-Tənəf hərbi bazası ilə İŞİD-in yerləşdiyi ərazilərinin əlaqəsini kəsək. ABŞ Suriya ərazisində qanunsuz olaraq ələ keçirdiyi bu bazada İŞİD-ə dəstək vermək üçün addımlar atmaqdadır", - deyə Hüseyni bildirib.


82 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.