SON XƏBƏRLƏR
17 Fevral 2019
16 Fevral 2019
15 Fevral 2019
Rusiyada bir sutkada 56 min hektar meşə yanıb
DÜNYA 09:14 / 19.07.2018
Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.
 RİA Novosti agentliyinə istinadən verdiyimiz məlumata görə, ümumilikdə bölgədə 164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında – 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min hektar meşə sahəsini məhv edib.
Yakutiyanın bütöv meşə ərazilərində fövqəladə vəziyyət rejimi, 8 rayonda isə yanğına qarşı xüsusi rejim tətbiq edilib.

Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.