SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
MTRŞ radiolarla bağlı narahatedici məqamları açıqladı
CƏMİYYƏT 09:59 / 19.07.2018

Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur.

Bunu özəl olaraq Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: "Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir".

Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: "Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik".


95 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.