SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
13 Avqust 2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir
MƏDƏNİYYƏT-ŞOU 22:19 / 19.07.2018
Belçikalı tanınmış rejissor Mişel İvo Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-dan bildirilib ki, Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşən belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu deyib.

M.İvo Xurşidbanu Natəvanın əsərlərinin institutda saxlanılan əlyazmaları, sənədləri, eləcə də şairin rəsm albomu ilə tanış olub.

46 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.