SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Deputat: Həmsədrlər “nağıllara” son qoymalıdır
SİYASƏT 11:00 / 21.07.2018

Bu millət, bu xalq artıq beynəlxalq vasitəçilərin, həmsədrlərin "nağıllarını” dinləməkdən bezib, yorulub. İllərdir eyni sözlər, eyni vədlər, eyni bəyanatlar səsləndirilir, kokret işə, əməli fəaliyyətə keçilmir.

Bunu Regioninfo.az-a açıqlamasında millət vəkili Məlahət İbrahim qızı deyib.

Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, beynəlxalq ictimaiyyət quru, boş vədlərinə son qoymalı, 30 ildən bəri haqsızcasına davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmalıdır.

Millət vəkili bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və digər önəmli strukturların məlum qətnamələri var və ermənilər, işğalçı Ermənistan artıq həmin sənədlərin icrasına məcbur edilməlidir:

"Artıq onların nazı ilə oynamaq yetər. Ermənistana, təcavüzkar dövlətə qarşı ciddi təzyiq mexanizmləri işə salınmalı, sanksiyalar tətbiq olunmalıdır. Bunlar edilməyincə, Ermənistan aşkar və gizli havadarlarının da təhriki ilə işğaldan, təcavüzdən əl çəkməyəcək, əksinə, daha da şirniklənəcək.

Necə ki, bunu da edirlər, münaqişənin həlli istiqamətində bütün səyləri heçə çıxarlar. Qatı cinayətkar, əli xalqımızın qanına batmış Sarkisyanı devirərək onun yerinə gəlmiş Paşinyan da verdiyi, səsləndirdiyi bəyanatları ilə sarkisyanlardan, koçaryanlardan fərqlənmədiyini göstərir, yəni, onların yolu ilə gedəcəyini nümayiş etdirir.

Odur ki, artıq onlara, təcavüzkara dur deməyin vaxtıdır. Bu münaqişə bu qədər davam edə bilməz.

Xalqımızın səbri tükənib. Xalqımız bu münaqişənin artıq ədalətli həll olunmasını istəyir və vasitəçilər missiyasından da bunu haqlı olaraq tələb edir.

Həmsədr dövlətlərdən biri kimi, həm Fransa, həm də digər iki həmsədr ölkə artıq məsuliyyətlərini anlamalı, işğalçı Ermənistanı yerində oturtmaq üçün qollarını çırmalayıb, əməli addımlara keçməli, ona ən sərt təzyiq mexanizmləri tətbiq etməlidirlər. Bu, onların vəzifəsi, borcu və missiyasıdır”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.