SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Rus təyyarəsini vuran İsraildən Putinə SƏRT MESAJ: “Rəhm etməyəcəyik”
SİYASƏT 11:52 / 26.07.2018

İsrail dünən Suriyanın Rusiya istehsalı olan "Sukhoi” tipli döyüş təyyarəsini vurdu. Təyyarə Golan təpələrinin cənubunda yerə düşüb. Suriya tərəfi xəbəri təsdiqlədi.

Xəbər verilir ki, "Die Welt” nəşrinin siyasi şərhçisi Rixard Hersinqer hadisəni şərh edib. O deyib ki, "Vurulan təyyarə Putinə xəbərdarlıqdır”.

Siyasi şərhçi qeyd edir ki, İsrail Suriyada İran mövqelərini bombalayır və Rusiya buna hələlik göz yumur.

"Ortada razılıq var və İsrail Rusiya mövqelərinə hücum etmir. Lakin bu razılaşmada çoxlu çatlar meydana çıxır. İsrail istəyir ki, Moskva Suriyada İrana qarşı çıxsın, amma rusların vədləri dumanlıdır. Putinə və onun strateqlərinə aydındır ki, İrana bağlı döyüşçülər olmasa Əsəd rejimi bir gün tab gətirə bilməz. Və bu gün Suriya ordusunda Əsədə bağlı və İrana bağlı qüvvələri bir-birindən ayırmaq praktiki olaraq mümkün deyil. İran döyüşçüləri son vaxtlar İsrailin hücumlarından yayınmaq üçün Suriya hərbi formasını geyinirlər. Rusiya Əsəd rejimi ilə İsrail qarşıdurmasının qarşını almaq üçün Yerusəlimə müəyyən təkliflər verir. Lakin göründüyü kimi, Netanyahu Putinin səmimiyyətinə inanmır. Kremlə siqnal verilir ki, İsrail onun qəyyumluq etdiyi Əsədə rəhm etməyəcək. Suriyaya məxsus rus istehsalı təyyarənin vurulması da bu mesajın tərkib hissəsidir”, - deyə Rixard Hersinqer vurğulayıb.


79 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.