SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub - Erməni KİV-ləri
SİYASƏT 13:15 / 28.07.2018
Ermənistan KİV-ləri sabiq prezident Robert Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Robert Köçəryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Robert Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə etdi.

Qeyd olunur ki, 1998-ci ildə Robert Köçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal etdilər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qaldılar. Robert Köçəryan və Serj Sarkisyan parlamentdə o, cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirdi. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

224 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.