SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
Bakıdan Dubaya 100 min apararkən gömrükdə saxlanıldı
ARAŞDIRMA 17:04 / 04.08.2018

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, ümumilikdə 100.000 Azərbaycan manatı aşkar edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.