SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Almaniyada isti hava həyatı iflic edib
DÜNYA 10:40 / 06.08.2018
Almaniyada havanın hərarətinin 40 dərəcəyə yaxınlaşması nəticəsində yaşıllıqlar quruyub və çaylarda suyun səviyyəsi aşağı düşüb.

 Anadolu agentliyinə istinadən məlumata görə, bu yay Almaniyada son illərin ən isti və quraq yay mövsümü kimi qeydə alınıb. Ölkədə kənd təsərrüfatı məhsullarının yetişməsində ciddi azalma müşahidə olunur.

Almaniyanın Meteorologiya Departamenti yaxın günlərdə isti hava şəraitinin bütün ölkəni əhatə edəcəyini açıqlayıb. Çərşənbə günü temperaturun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

65 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.