SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
İndoneziyada güclü zəlzələ nəticəsində 98 nəfər həlak olub -
DÜNYA 17:56 / 07.08.2018
İndoneziyanın hakimiyyət orqanları Lombok adasında baş verən güclü zəlzələdən sonra həlak olanların və zərər çəkənlərin axtarışını davam etdirir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 98 nəfər həlak olub, daha 230 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu, son həftə ərzində adada baş verən və çoxsaylı itkilərə səbəb olan ikinci güclü zəlzələdir.

Bazar günü axşam baş verən 6,9 bal gücündə yeraltı təkanlar əraziyə elektrik enerjisinin verilişinin dayanmasına səbəb olub ki, bu da axtarışları çətinləşdirib.

Fəlakət nəticəsində Lombok adasının şimalında daha çox insanın həlak olduğu bildirilir. Xilasedicilər daha çox zərər çəkmiş əraziyə tam yaxınlaşa bilmədiklərinə görə, həlak olanların sayının artacağı gözlənilir.

Eyni zamanda, Lombok adasının beynəlxalq aeroportunda da yüzlərlə turist toplanıb. Ərazidə körpülərin və yolların dağılması, elektrik enerjisinin kəsilməsi xilasetmə işlərinə ciddi maneə yaradır. Minlərlə tikilinin və yaşayış binasının dağıldığı da qeyd olunur. Müvəqqəti yaşayış yerlərinə təqribən 20 min insan köçürülüb.

158 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.