SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Tovuzda minaya düşən 14 yaşlı oğlanın ayağı amputasiya olundu
CƏMİYYƏT 21:33 / 07.08.2018

Tovuz rayonunda minaya düşən şəxslərdən birinin ayağı amputasiya olunub.

Bu barədə Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov məlumat verib.

Onun sözlərinə görə, minaya düşən 14 yaşlı Elgün Hüseynovun sol ayağı dizdən aşağı hissəsi hadisə zamanı qopub:

"Xəstəxanaya gətirilən kimi əməliyyat etdik, hazırda vəziyyəti orta-ağır dəyərləndirilir. O, birbaşa minaya düşdüyündən bədənində çoxsaylı qəlpə yaraları var. Buna görə də Bakıda həkim briqadası rayona gəlir. Mikrocərrah və travmatoloq yenidən müayinə edəcək. 24 yaşlı Elşad Mehdiyev isə hadisə yerindən bir az kənarda olduğundan onun vəziyyəti nisbətən yaxşıdır. Bədənində bir neçə qəlpə yarası var idi. Hazırda vəziyyəti stabildir”.

Qeyd edək ki, hadisə Tovuz rayonunda Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.


131 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.