SON XƏBƏRLƏR
14 Dekabr 2018
13 Dekabr 2018
Sui-istifadə halları olduğu üçün gömrük rüsumu tətbiq edildi - İdarə rəisi - VİDEO
ARAŞDIRMA 10:59 / 08.08.2018

Nazirlər Kabinetinin avqustun 3-də qəbul etdiyi qərara əsasən avtonəqliyyat vasitələri ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək. Əvvəllər buna görə rüsum tələb olunmadığından bəzi sürücülər avtomobilə əlavə yanacaq çəni quraşdıraraq dizel və benzini ölkə ərazisindən çıxarıb qonşu dövlətlərdə baha qiymətə satırdılar. Belə hallar ölkəmizdə yanacaq balansının pozulmasına gətirib çıxarırdı. Yeni qaydalara görə isə, artıq bu hal müəyyən edilmiş vahid rüsumla tənzimlənəcək.

Məlumata görə, avqustun 3-dən etibarən ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel üçün spesifik gömrük rüsumu alınır.

Əvvəllər ölkədən çıxarılan yanacaq məhsullarına görə rüsum tələb edilmirdi. Nəticədə isə bəzi sürücülər Azərbaycandan ucuz qiymətə yanacağı alaraq qonşu ölkələrdə satmaqla vergidən yayınır və dövlət büdcəsinə ziyan vururdular.

Yeni qərara əsasən isə qonşu ölkələrə səfər edən sürücülər ancaq avtomobilin texniki göstəricisində nəzərdə tutulan həcmdə yanacaq keçirə biləcəklər. Əlavə keçirilən hər litr üçün isə rüsum tələb olunacaq.

Yeni qərarı şərh edən Dövlət Gömrük Komitəsinin idarə rəisi Şahin Ələsgərov deyib ki, ölkədən çıxarılan benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 dollarspesifikgömrük rüsumu tətbiq ediləcək.

Onun sözlərinə görə, beynəlxalq təcrübdədə, xüsusən də Avropa ölkələrində bu rüsumlar daha sərt şəkildə tətbiq edilir.

Qeyd edək ki, benizinin qiyməti qonşu Türkiyədə 3, Gürcüstanda isə Azərbaycandakı qiymətdən 2 dəfə bahadır.



196 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.