SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Sumqayıtda toyuqlar kütləvi şəkildə tələf olur - VİDEO
CƏMİYYƏT 11:01 / 08.08.2018

Sumqayıtda toyuq-cücə kütləvi şəkildə tələf olur.

Məlumata görə, hadisə Sumqayıtda, şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Səbuhi Həsənovun təsərrüfatında toyuqlar kütləvi şəkildə tələf olur. Məlum olmayan səbəbdən 250-ə yaxın toyuq ölüb.

Təsərrüfat sahibinin sözlərinə görə, ev quşlarının ölüm halı son bir neçə gündə qeydə alınıb və indiyədək belə vəziyyət müşahidə etməyib. Toyuqlarının tələf olmasının qarşısını almaq üçün görülən tədbirlər də heç bir nəticə verməyib.

Məsələ ilə bağlı Sumqayıt Baytarlıq İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Səbuhi Həsənovun təsərrüfatına baxış keçirilib və araşdırma aparılıb. Kütləvi tələfata qurd xəstəliyinin səbəb olduğu müəyyən edilib. Bu xəstəliyin insana keçmək təhlükəsi yoxdur. Lakin vaxtında qarşısı alınmasa, xəstəlik həmin quşların təmasda olduğu digər toyuqlara da keçə bilər.


96 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.