SON XƏBƏRLƏR
14 Avqust 2018
13 Avqust 2018
Bəy toyda gəlini qaçırdı - Azərbaycanda görünməmiş hadisə
CƏMİYYƏT 11:54 / 08.08.2018
Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb.Məlumata görə, Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində xəbər verib.

Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin "qız toyu" mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.

Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.

Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və "oğlan toyu" mərasimində iştirak etməyəcəklərini bildiriblər.

34 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.