SON XƏBƏRLƏR
14 Dekabr 2018
13 Dekabr 2018
Kərgədan böcəklərinə qarşı müharibə elan etdilər
ARAŞDIRMA 14:47 / 08.08.2018

Alimlər Sakit okean ölkələrində Hindistan qozu ağaclarına zərər verən və mövcud dərmanların təsir etmədiyi kərgədan böcəklərinə qarşı müharibə qərarı verdiklərini açıqlayıblar.

Məlumata görə, Quadm adasından olan entomolojist Aubrey Moore dünyanın müxtəlif ölkələrindən elm adamlarının Sakit okeandakı Hindistan qozu ağaclarına zərər verən və mövcud dərmanlara qarşı immunitet sistemi olan CRGB tipli kərgədan böcəklərinə qarşı həll yolu tapmaq üçün Avstraliyada toplaşacaqlarını bildirib.

Region ölkələrində olduğu kimi Quamdakı Hindistan qozu ağaclarının yarısından çoxunun kərgədan böcəyinin təhdidi altında olduğunu söyləyən Moore, "bu, Sakit okean miqyasında olan böyük bir problemdir. Papua Yeni Qvineya, Solomon adaları və başqa yerlərdə böyük problemlər var. Yeni CRGB kərgədan böcəyi tamamilə nəzarətimizdən kənardır", - deyə qeyd edib.

Həşəratların çoxaldığı yerlərin dərmanlanması ilə nəticə əldə edə bilmədiklərini və yeni dərmana ehtiyac olduğunu söyləyən Moore, bu həftə Avstraliyada keçiriləcək görüşdən nəticə alacaqlarına ümid bəslədyini deyib.

Ficini 2016-cı ildə ağuşuna alan "Uinston" qasırğasından sonra keçən iki ili əhatə edən tədqiqatın 2018-ci ilin iyul ayında dərc olunan nəticələrinə görə, sözügedən kərgədan böcəkləri 30 faiz artıb. 

Kərgədan böcəyi yeni böyüyən Hindistan qozu fidanlarında dəliklər açaraq ağacların inkişafına mane olur.


122 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.