SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Bakıda 14 yaşlı qız yoxa çıxdı: İdmana gedib və...
CƏMİYYƏT 15:35 / 08.08.2018

Bakıda azyaşlı qız itkin düşüb.

Trend-ə istinadən xəbər veririk ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, E. Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.


53 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.