SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
Bakıda DƏHŞƏTLİ QƏZA: ölənlər var - QORXUNC FOTOLAR
HADİSƏ 09:55 / 09.08.2018

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

 "Report"a istinadən verildiyi xəbərə görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.