SON XƏBƏRLƏR
14 Dekabr 2018
13 Dekabr 2018
İsrail Qəzzanı belə bombaladı - VİDEO
SİYASƏT 21:51 / 09.08.2018
İsrailin hərbi hava qüvvələri Qəzza zonasında "Həmas” hərəkatına məxsus olduğu iddia edilən 140 strateji hərbi hədəfə çoxsaylı raket zərbələri endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, reallaşdırılan hava hücumu Qəzza zonasındakı fələstinli döyüşçülərin bu gecə ərzində İsrail ərazisinə açdıqları atəşə cavab olub.

"Beşinci kanal” telekanalı isə İsrailin Qəzzanı bombalamasının video görüntüsünü yayıb. Son məlumatlara görə, hava zərbələri nəticəsində 2 fələstinli ölüb, 1 nəfər yaralanıb. /azvision.az


189 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.