SON XƏBƏRLƏR
14 Avqust 2018
13 Avqust 2018
Gürcüstanla sərhəddə yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır - FOTO
CƏMİYYƏT 11:21 / 10.08.2018

Gürcüstanla sərhəd bölgələrdə nodulyar dermatit xəstəliyinə qarşı dezinfeksiya tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Publika.az-a verilən məlumata görə, buna səbəb Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılmasıdır.

Belə ki, qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Dövlət Baytarlıq Nəzarəti Xidməyinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.

Bu tədbir Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

Bu ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.


49 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.