SON XƏBƏRLƏR
12 Dekabr 2018
11 Dekabr 2018
10 Dekabr 2018
Şamaxıdakı yanğına görə iki nəfər saxlanılıb
CƏMİYYƏT 15:50 / 10.08.2018
Şamaxıdakı yanğına görə iki nəfər saxlanılıb.

DİN-dən  verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

Qeyd edək ki, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

148 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.