SON XƏBƏRLƏR
14 Avqust 2018
13 Avqust 2018
İsmayıllıda inəklərin süd vəzilərinin qopması ilə bağlı analizlərin cavabı məlum oldu - VİDEO
ARAŞDIRMA 20:15 / 10.08.2018
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

Bu barədə Trend-ə özəl açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".

Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.

Qeyd edək ki, mövzu ilə bağlı xəbəri "Xəzər Xəbər" işıqlandırmışdı.

Həmin videomaterialı təqdim edirik:


51 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.