SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Gizlicə qadının evinə girdi və... - BİNƏQƏDİDƏ
HADİSƏ 09:17 / 11.08.2018

Binəqədidə qadının evinə girən şəxs ona xəsarət yetirərək oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin daxil olması barədə məlumat daxil olub.

Hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyən ediblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib. Araşdırma aparılır.


92 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.