SON XƏBƏRLƏR
14 Avqust 2018
13 Avqust 2018
İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edilib
CƏMİYYƏT 10:11 / 11.08.2018
Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları "Xaş-xaş” 2018 tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçirib.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

Bundan əlavə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 1ton 260 kiloqram olan 1733 ədəd , eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

41 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.