SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Ölkəyə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı
ARAŞDIRMA 15:17 / 13.08.2018

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan  verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


76 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.