SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Nişan mərasimində gəlin və daha 10 nəfər zəhərlənib
HADİSƏ 16:51 / 13.08.2018

Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.

Avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.

Qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar. 

Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.

Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.

Aşurov Osman Şahlar oğlu - 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Aşurova Xumarə Anar qızı - 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Mətanət Ramiz qızı - 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Səidə Şahlar qızı - 2003-cü il təvəllüdlü

Nəbiyeva Zinyət Ələddin qızı - 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfa Elnur qızı - 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfəq Təhməz qızı - 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu "Paytaxt" salatından istifadə olunandan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.


122 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.