SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda marşrutda biabırçı dava - VİDEO
HADİSƏ 09:42 / 14.08.2018

Avtobusda daha bir sərnişin əxlaq normalarını pozaraq digər sərnişinləri təhqir və təhdid edib. Özü də bu sərnişin qadındır.

Avtobusda bir nəfər oğlanla mübahisə edən qadın daha sonra nalayiq ifadələr işlətməyə başlayır.

Qadının nalayiq ifadələrinə etiraz edən sərnişinlər onun danışığına diqqət etməsini tələb edirlər. Ancaq bu anda qadın daha da aqqressivləşir və digər sərnişinlərlə də mübahisə etməyə başlayır.

Aqqressiv qadın digər qadın sərnişini bıçaqlamaqla hədələyir.

Hətta yaşlı qadın sərnişin avtobusu tərk etdikdən sonra da görüntülərdə olan bu qadın vulqar sözlərdən istifadə etməyə davam edir.

Onu da qeyd edək ki, bu ictimai nəqliyyatda rast gəlinən ilk belə hal deyil. Buna bənzərhadisələr dəfələrlə yaşanıb.

Mövzunun aktuallığını nəzərə alaraq ictimai nəqliyyatda nəzakət qaydalarının təbliği haqda Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Ancaq Agentlik nədənsə məsələ ilə bağlı açıqlama

 verməkdən imtina etdi

.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.