SON XƏBƏRLƏR
20 Noyabr 2018
19 Noyabr 2018
18 Noyabr 2018
"ASAN xidmət"də iş saatı dəyişdi
CƏMİYYƏT 11:23 / 14.08.2018

"ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə avqustun 20-dən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.

Qeyd olunan tarixdən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız "ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

"ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Hazırda 13 "ASAN xidmət” və 2 "ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi rəy sorğuları keçirilir, Dövlət Agentliyinə daxil olan müraciətlərə baxılaraq təhlillər aparılır, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür.


106 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.