SON XƏBƏRLƏR
20 Noyabr 2018
19 Noyabr 2018
18 Noyabr 2018
FHN-lə DİN 68 yaşlı kişini axtarır
CƏMİYYƏT 15:13 / 14.08.2018

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.

"Regioninfo" FHN-ə istinadən xəbər verir ki, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.

Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və ora yaxın ərazilərdə axtarışlar həyata keçirirlər.



99 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.