SON XƏBƏRLƏR
20 Noyabr 2018
19 Noyabr 2018
18 Noyabr 2018
Reyd zamanı maraqlı anlar yaşandı - ''Yekə kişisən sənə deyirəm yazma'' - VİDEO
CƏMİYYƏT 09:16 / 15.08.2018

Daşkəsən rayon polis şöbəsinin dövlət yol polisi bölməsi və 12 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "təmiz hava" aylığı çərçivəsində Daşkəsən rayonunun nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib. Reyd zamanı qayda pozan sürücülər də aşkarlanıb.

Əsəbiləşən sürücü özündən çıxır.

Bu sürücü isə mikroavtobusda insanları ayaq üstə aparır..

Görüntülər daşkəsən rayonunda keçirilən reyddəndir.Reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Yoxlamalar zamanı polislə razılaşmayan sürülər də olub.Onlar protokol yazılmasına etiraz ediblər.

Yoxlamalar zamanı sərnişindaşımada qaydalara riayət etməyən və digər qayda pozan sürücülər də aşkarlanıb. Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "təmiz hava" aylığı aksiyası avqustun 31-dək davam edəcək.


103 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.