SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Xəzər sammiti dünya mətbuatında - VİDEO
CƏMİYYƏT 09:47 / 15.08.2018

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli məsələlərin həllinə kömək edəcək tarixi sənəd adlandırıb. Bu arada beynəlxalq mətbu orqanlar da da konvensiyanın imzalanması geniş yer alıb.Euronevs, financial times, the guardian və digər media qurumlarında bu haqda süjetlər hazırlanıb, məqalalər yazılıb. Hər bir materialda Xəzərin hüquqi statusu haqqında sənədin imzalanması böyük uğur kimi qiymətləndirilib.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında imzalanmış xəzərin hüquqi statusuna dair konvensiyanı alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında bildirilir. Baş katib hesba edir ki, konvensiya xəzər hövzəsi ölkələri arasında çoxdankı problemin geniş spektrinin tənzimlənməsi üçün əvəzsiz vasitə, regional gərginliyin aradan qaldırılması üçün isə mühüm addımdır". BMT rəhbəri 5 dövlətin hər birini "regional əməkdaşlıq və çoxtərəfli danışıqların tarixi uğuru" münasibətilə təbrik edib.

Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı xarici mediada işıqlandırılmaqda davam edir. Bu dəfə "Euronevs" telekanalı toplantı haqqında geniş süjet yayımlayıb.

Süjetdə qeyd olunur ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin - Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb.

Süjetdə bildirilib ki, konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb.Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.Videomaterialda vurğulanıb ki, Xəzəryanı ölkələr 5-ci Xəzər sammitində uzun müzakirələrdən sonra böyük enerji layihələrinə yol açan saziş imzalayıblar.

Böyük Britaniyanın The Financial Times qəzetinin sammitə həsr edilmiş məqaləsində qeyd edilib ki,"Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan avqustun 12-də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında körpü olan regiona nəzarət etmək məqsədilə saziş imzalayıblar. Dünyanın ən böyük gölü ətrafındakı uzun müddət davam edən mübahisələrə son qoyulması Rusiyanın bölgə üzərindəki nəzarətinin artmasına yardım edir"

"The Guardian" qəzeti isə Xəzər dənizinin hüquqi statusu haqqında sənədin ABŞ sanksiyalarından sonra İran üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Diplomatlar bu sənədi regional konstitusiya adlandırırlar. Bu, çox mürəkkəb diplomatik zəfərin nəticəsi oldu".

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Türkiyə KİV-lərinin də diqqət mərkəzindədir. Qardaş ölkənin aparıcı media qurumları Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini tarixi hadisə kimi dəyərləndirirlər. Anadolu agentliyi, "ahaber", "trthaber", "haberturk" xəbər portalları, çoxtirajlı "Millət" və "Hüriyyət" qəzetləri və digər KİV-lər mövzu ilə bağlı məlumatlarında Xəzər dənizinin hüququ statusuna dair danışıqların iyirmi ildən çox müddətdə davam etdiyini bildirir, sənədin əhəmiyyətindən ətraflı bəhs edirlər.

Türkiyə mediası, həmçinin Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları və tranzit imkanları, eləcə də bu məsələlərin imzalanan beynəlxalq sənəddə əksini tapmasına da diqqət yetirirlər.Qeyd edilir ki, Xəzərin hüquqi statusunun müəyyən olunması təkcə sahilyanı ölkələrin yox, regionda sülh və inkişaf tərəfdarı olan bütün ölkələrin maraqlarını əks etdirir.


65 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.