SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
Türkiyəyə müharibə elanının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI - Amerikalı generallardan GÜNDƏM YARADACAQ HESABAT
SİYASƏT 11:58 / 15.08.2018

"CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib.

Xəbər veririk ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək.

"Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, - analizdə qeyd edilir.

Bildirilir ki, Türkiyə böhranın dərinləşməsi ilə bir sıra radikal addımlar ata bilər. Məsələn, Türkiyənin fövqəladə vəziyyətdə NATO-dan çəkiləcəyi və Avropa İttifaqı ilə gömrük razılaşmasına son qoya biləcəyi proqnozlaşdırılır.

Türkiyənin NATO-nu tərk edə biləcəyi ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda da göstərilib. Hesabatda prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini möhkəmləndirməyə davam edəcəyi, Türkiyənin getdikcə dünyəvilikdən uzaqlaşaraq Rusiya ilə müttəfiq olacağı bildirilir. Qeyd edilir ki, Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.

Generallar həmçinin ilin sonuna kimi Türkiyənin alyansı tərk edəcəyini proqnozlaşdırırlar. Türkiyənin NATO-dan mümkün ayrılmasının səbəblərindən biri kimi Rusiya ilə səmimi münasibətlər göstərilir. Qeyd edilir ki, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı "S-400" hava hücumundan müdafiə sisteminin NATO sistemi ilə uyğun olmaması narahatlıqların başında gəlir.

"Türkiyənin daha müstəqil hala gəlməsi, Rusiya və İranla daha da yaxınlaşmasının nələri təhlükəyə atacağını anlamaq çox əhəmiyyətlidir", - generallar bildirirlər.

Hesabatda həmçinin NATO üzvü olan Türkiyənin Suriyada Rusiya və İranla əməkdaşlığından narahatlıq ifadə edilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.