SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Maşından zibil atdı - 500 manat xərcə düşdü
CƏMİYYƏT 14:18 / 15.08.2018

Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib.

Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub.

Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib.

Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.

ETSN bütün şəxslərə müraciət edir ki, belə hallarla rastlaşarkən dərhal nazirliyə və nazirliyin 168 nömrəli "Qaynar xətt”inə məlumat versinlər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.