SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
CƏMİYYƏT 16:19 / 15.08.2018

Oktyabrın 28-dən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.

AZAL-dan verilən məlumata görə, aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız "AZAL” QSC-nin struktur bölməsi olan "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi.

"AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319/A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcəkdir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

"AZAL” aviaşirkətinin "Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.