SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Məktəbəhazırlıq qruplarında təhsil ödənişli ola bilər
CƏMİYYƏT 17:43 / 15.08.2018
Qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyinin icazəsi ilə bəzi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli şəkildə həyata keçirilə bilər.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

O qeyd edib ki, bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil: "Məktəbəhazırlıq qruplarında təhsilin ödənişli şəkildə həyata keçirilməsi üçün Təhsil Nazirliyindən razılıq alınmalıdır".

İ.Abdullayeva hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyini, növbəti tədris ili üçün sənəd qəbulu elan edilən məktəbəhazırlıq qruplarının da ödənişsiz olacağını söyləyib.(trend.az)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.