SON XƏBƏRLƏR
20 Noyabr 2018
19 Noyabr 2018
18 Noyabr 2018
Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi işdən qovuldu
DÜNYA 12:41 / 16.08.2018

Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi, polkovnik Norayr Yolçyan vəzifəsindən azad edilib.

Regioninfo.az news.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Norayr Yolçyan bu vəzifəyə 2013-cü ildə təyin edilmişdi. Keçmiş prezident və baş nazir Serj Sarkisyana yaxın münasibətləri ilə tanınan polkovnikin adı dəfələrlə korrupsiya qalmaqallarında hallanmışdı.


85 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.